RU

Slovakiyada Azərbaycan himnini oxuyan qadın kimdir?

Millətlər Liqasının C Liqasının I qrupunun II turu çərçivəsində baş tutan Slovakiya - Azərbaycan matçından öncə ev sahibləri jest edərək, Azərbaycan Respublikası himnini canlı ifa ilə səsləndiriblər. 

 

Offsideplus.az xəbər verir ki, himnimizi oxuyan qadın Karen Danqe Manafzadədir. O, pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin həyat yoldaşıdır. Cütlük 2019-cu ildə Avstriyada ailə həyatı qurub. 

 

Qeyd edək ki, A.Manafzadə Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun oğludur.

Yeri gəlmişkən, Senzor.az xatırladır ki, matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Slovakiya komandasının qollarını 22-ci dəqiqədə Ondrey Duda və 26-cı dəqiqədə David Strelets vurublar.

 

Onu da qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə doğma meydanda İsveç seçməsinə də məğlub olmuşdu - 1:3.

Избранный
195
50
senzor.az

10Источники