RU

Trampın adına araq istehsal oluna bilər

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın qeyri-rəsmi nümayəndələri onun adı ilə araq buraxılması imkanını müzakirə ediblər. SİA xəbər verir ki, bu barədə "Washington Post" öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, vəziyyətlə tanış olan şəxslərin sözlərinə görə, Trampın keçmiş və qeyri-rəsmi müşavirlərindən bəziləri hələ bazara çıxmayan "Tramp arağı" xəttinin buraxılmasını müzakirə ediblər. Bundan əlavə, Trampa yaxın bir şəxs nəşrə bildirib ki, onun reklam etmək və ya araq xəttini işə salmaq fikri yoxdur.

Nəşrin müəlliflərinin fikrincə, Tramp ABŞ seçki tarixində hamıdan çox öz adını pul qazanmağa çalışır. Materialda deyilir ki, bir qayda olaraq, eks-prezidentlər ictimai çıxışlar və xatirələrlə məhdudlaşır, lakin Tramp idman ayaqqabısı və hətta bibliya istehsal edir.

"The Washington Post" həmçinin qeyd edib ki, Trampın bir sıra məsləhətçiləri və vəkilləri onun bir çox lisenziya müqavilələrini “qaranlıq” hesab edirlər.

Избранный
145
50
sia.az

10Источники