RU

Ermənistanda demoqrafik böhran - Əhali 800 min nəfərə azala bilər

“Ermənistanın əhalisi yaxın 10 ildə 800 min nəfər azalaraq 2,2 milyon nəfərə düşə bilər”.

Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Hesablama Palatasının sədri Nairi Sarkisyan məlumat yayıb.

"Əgər bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, əsas səbəblər arasında doğum səviyyəsinin aşağı olması, mühacirət və Qarabağdakı müharibənin nəticələridir.

O, qeyd edib ki, ötən il 48 min vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb.

Sarkisyan ilin sonuna kimi vətənini tərk edənlərin sayının 2023-cü illə müqayisədə çox ola biləcəyini istisna etmir.

Daşqın HəsənovMissiya.Az

Избранный
143
43
missiya.az

10Источники