RU

Qəzzada ölənlərin sayı 41 minə çatdı

İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücum etdiyi Qəzzada can itkisi 41 minə yüksəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saatda Qəzza zolağına edilən 2 hücumda 16 fələstinli həyatını itirib, 64 fələstinli isə yaralanıb.

Qeyd olunub ki, həyatını itirən fələstinlilərin sayı 40 min 988-ə, yaralıların sayı isə 94 min 825-ə yüksəlib.

Türkan İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
50
redaktor.az

10Источники