İsveç hökuməti Ukraynaya 444 milyon dollar məbləğində növbəti hərbi yardım paketi ayırıb.
Moderator.az publika.az-a istinadən xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yardım paketinə qumbaraatanlar, tank əleyhinə silahlar, müxtəlif texnika, eləcə də digər silah-sursatlar daxildir.
Bu, İsveç hökumətinin Ukraynaya təqdim etdiyi 17-ci hərbi yardım paketidir.
İsveç, həmçinin Kiyevə bu il ərzində müxtəlif təşəbbüslər üçün 700 milyon İsveç kronu (67,5 milyon dollar) məbləğində maliyyə yardımı edəcəyini açıqlayıb.