RU

Qərb Ukrayna münaqişəsində batır - Nebenzya

Ukraynada əcnəbi vətəndaşların ölənlərin sayının artması Qərbin Ukrayna münaqişəsinə xirtdəyə qədər batdığını təsdiqləyir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.

"Bu silsilə zərbələrin bir xüsusiyyəti xeyli sayda xarici təlimatçının aradan qaldırılması idi, ona görə də bu məsələni izləyənlər yüksək rütbəli Amerika, Fransa, Polşa və İsveç hərbçilərinin qəfil ölümü ilə bağlı çox sayda nekroloqlar gözləyə bilərlər. Biz əvvəlcə xəbərdarlıq etmişdik ki, Zelenskiyə kömək etməyə gələnlər bizim qanuni hədəfimizə çevrilir, getdikcə daha çox Qərb ölkələrinin vətəndaşlarının həlak olması Qərbin Ukrayna münaqişəsinin dərinliklərində batdığını təsdiqləyir", - Nebenzya qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
115
50
milli.az

10Источники