RU

Azərbaycanda iqtisadi artım avqustda bir qədər zəifləyib

2024-cü ilin yanvar-avqust aylarında ölkədə 80960.3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.3 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İqtisadi artım tempi iyulda illik 4.5 faiz olmuşdu.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.2 faiz, qeyri neft-qaz sektorunda isə 7.0 faiz artıb.

ÜDM istehsalının 37.9 faizi sənaye, 9.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.1 faizi tikinti, 6.0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.8 faizi informasiya və rabitə sahələrinin, 18.9 isə faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10.1 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 941.3 manata bərabər olub.

 

Избранный
112
50
banker.az

10Источники