Gürcüstan sakinləri heç kimə Ukraynada olduğu kimi öz ölkələrindən başqalarının maraqlarını həyata keçirmək üçün istifadə etməyə imkan verməyəcəklər.
NOCOMMENT.az xəbər verir ki, bunu Tbilisi meri, hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze bildirib
Onun fikrincə, gürcülər ağıllı insanlardır və bugünkü reallığı həqiqətən də görürlər.
Kaladze vurğulayıb ki, ölkəni sevən və sülhü qorumaq istəyən vətəndaşlar heç kimə Gürcüstandan başqasının maraqları üçün istifadə etmək imkanı və hüququ verməyəcək.