RU

Şimali Koreya paylaşdığı görüntülər bütün dünyanı narahat etdi – FOTO

Şimali Koreya nüvə silahı hazırlamaq üçün uranı zənginləşdirən obyektin fotolarını yayıb.

Turkustan.az xəbər verir ki, Şimali Koreya lideri Kim Jong-un, ölkənin nüvə silahı potensialını davamlı olaraq artıracağını elan etdikdən sonra hərəkətə keçib.

Nüvə Silahları İnstitutuna və adı və yeri açıqlanmayan qadağan olunmuş uranın zənginləşdirilməsi obyektinə baş çəkən Kim rəsmilərə nüvə silahı istehsal gücünü artırmağı tapşırıb.

Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərlərə görə, istehsal xətlərinin ümumi fəaliyyəti ilə bağlı səlahiyyətlilərdən məlumat alan Kim, obyektin hərbi məqsədlər üçün aktiv şəkildə nüvə materialları istehsal etməsindən məmnun olduğunu bildirib.

Kim Koreya İşçi Partiyasının (WPK) nüvə silahlı qüvvələrinə sahib olmaq siyasətinə sadiq olduğunu vurğulayaraq, “Özünümüdafiə üçün nüvə silahlarının sayını eksponent olaraq artırmaq üçün uranı zənginləşdirən sentrifuqaların sayı da artırılmalıdır”.

Kimin səfəri ilə birlikdə uranın zənginləşdirilməsi obyektinin fotolarının dərci noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi “Vaşinqtonu qorxutmaq” cəhdi kimi şərh edilib.

Bildirilib ki, Kim Çen In sentyabrın 11-də Koreya Xalq Ordusunun (KPA) xüsusi təyinatlılarının təlim bazasına baxış keçirib. Əsgərlərin kəşfiyyat və hücum təlimlərini izləyən və hakimiyyət orqanlarına döyüş hazırlıqlarını davam etdirmələri barədə göstəriş verən Kimin ordunun istifadə etdiyi bəzi silahları şəxsən sınaqdan keçirdiyi bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
83
turkustan.az

1Источники