RU

Pirallahı Sənaye Parkında yeni məhsullar istehsal olunacaq

İndiyədək Pirallahı Sənaye Parkında rezidentlər tərəfindən 53 milyon manatlıq, təkcə bu ilin birinci yarısında isə 7,5 milyon manatlıq məhsul satışı həyat keçirilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına görə, hazırda Sənaye Parkında rezidentlər tərəfindən şpris (1, 2, 5, 10, 20, 50 ml), sterilləşmiş damardaxili kateter, sterilləşmiş infuziya dəsti, lateks steril cərrahi əlcək, Diabeton MR və s. məhsulların istehsalı həyata keçirilir. Növbəti mərhələdə rezidentlər tərəfindən şəkəri təyin edən cihazlar, birdəfəlik üçkomponentli şprislər, 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumilikdə 7 növdə (tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və s.) dərman məhsulları, bioloji aktiv qida əlavələri və dərman vasitələri və s. istehsal ediləcək.

İstehsal olunan məhsullar əsasən daxili bazarın tələbatının ödənilməsinə yönəldilib. Növbəti mərhələdə Sənaye Parkında istehsal olunan məhsulların Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Belarus, İran və s. ölkələrə ixrac edilməsi nəzərdə tutulur.

Hazırda Sənaye Parkında investisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb. Rezidentlər tərəfindən indiyədək Sənaye Parkına 40 milyon manatdan artıq investisiya yatırılıb, 140-dan artıq daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 80 milyon manatdan çox investisiyanın qoyulması, 400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
11
vergiler.az

10Источники