Ukrayna Prezidenti Vladimir Zelenski özünü xilas etmək üçün son fürsətdən istifadə edərək NATO-nu Rusiya ilə münaqişəyə cəlb etməyə çalışır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu fransalı ekspert Aleksandr del Vall deyib.
O bildirib ki, Ukrayna qoşunlarının Kursk bölgəsini işğal etdikdən sonra vəziyyət daha da pisləşib:
"Ukrayna Silahlı Qüvvələrinin hər onuncu əsgəri fərarilikdə ittiham olunur və 800 min ukraynalı orduya qoşulmağa qarşı çıxır ki, bu da Kiyevin resurslarının tükəndiyini və ukraynalıların əhval-ruhiyyəsini göstərir. Ukrayna Silahlı Qüvvələrinin Donbasda və ölkənin cənub bölgələrində bütün müdafiəsinin iflasa uğraması təhlükəsi yaranıb. Bu reallıqla üzləşən Zelenski əlində qalan yeganə kartı oynayır: NATO-nu münaqişəyə birbaşa cəlb etməyə çalışır, alyansı qoşun göndərməyə məcbur edir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun