Azərbaycanda 15 sentyabr tarixi “Bilik günü” kimi qeyd olunur. Bu gün 2004- cü ilə qədər sentyabrın 1- nə təsadüf edirdi.Lakin Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün bilik günü kimi qeyd olunub. Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir.Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə, sevinc və həyacanla gözlənilən, xüsusi qayğı və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür.Ümumiyyətlə tarix boyu elmə, biliyə yiyələnmək şərəfli iş hesab olunur. Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadlı, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.Bilikli, savadlı, təhsilli cəmiyyətə malik dövlət də qüdrətli olur. Elə buna görədir ki, ölkəmizdə də təhsil sahəsində ardıcıl uğurlu islahatlar, dövlət proqramları həyata keçirilir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamının göstəricisidir.Milli Kitabxanada “15 sentyabr - Bilik Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim olunur.Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/15_Sentyabr_Bilik_gunu/index.html linkindən istifadə edə bilərlər.Ənənəvi sərgidə Azərbaycanda təhsil tarixi, elm və təhsil siyasəti, Milli təhsil strategiyası, ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan və s. bilik günü mövzusunda Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.Ənənəvi sərgi 1 həftə davam edəcək.Faktinfo.azBirinci məlumatlanmaq üçün facebook səhifəmizi
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта