Kiyev hələ də ABŞ-dan Rusiya ərazisindəki hədəflərə uzaqmənzilli silahlarla zərbə endirmək üçün icazə almayıb.
Ölkə.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna Rusiya hərbi bazalarına və hərbi aerodromlarına hücum etmək üçün belə silahlara ehtiyac duyur. Zelenski əlavə edib ki, Kiyev belə bir icazə gözləyərkən, Rusiya tərəfi hərbi təyyarələrini daha geri çəkməyə başlayıb.
"İndi Rusiya 100 km, 150 km, 300-dən 500-ə qədər olan təyyarələrini geri çəkməyə başlayıb. Bizə daha çox uzun məsafəyə vurma üçün icazə lazımdır. Lakin hələlik bizə belə bir razılıq verilməyib", - Zelenski bildirib.
Mürtəza
Ölkə.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта