AZ

Zelenski Kursk əməliyyatının MƏQSƏDİNİ AÇIQLADI: "O zaman Rusiya lideri..."

Ukrayna Silahlı Qüvvələrinin (AFU) Kursk vilayətində keçirdiyi əməliyyatın məqsədi Rusiyanı Donbassdan sərhəd bölgəsinə qoşun yeritməyə məcbur etməkdir.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib.

“İdeya bəzi rus qüvvələrini ora (Kursk vilayətinə) köçürmək idi. Və mən hesab edirəm ki, bu, düzgün fikir idi”, - Zelenski bildirib.

O qeyd edib ki, əvvəlcə bu əməliyyatın nə qədər “riskli” olduğu barədə anlayış var idi.

Onun sözlərinə görə, Qərb silahlarının ləng tədarükü ona gətirib çıxarıb ki, Ukrayna 14 briqadadan hətta dördünü belə təchiz edə bilməyib.

Ukrayna lideri vurğulayıb ki, mərmilərin sayına görə Rusiyanın üstünlüyü hazırda Ukrayna üzərində 12-ə 1-dir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
7
publika.az

10Mənbələr