AZ

Zelenski: Ukrayna hələ də ABŞ-dan icazə gözləyir...

Ukrayna hələ də Rusiyadakı hədəfləri vurmaq üçün ABŞ-dan icazə gözləyir...

Poliqon xəbər verir ki, Ukrayna prezident Vladimir Zelenski CNN jurnalisti Farid Zakariyaya müsahibəsində Kiyevin hələ də ABŞ-dan Rusiya ərazisindəki hədəflərə uzaqmənzilli silahlarla zərbə endirmək üçün icazə gözlədiyini bildirib.

Zelenskinin sözlərinə görə, Ukraynanın Rusiya hərbi bazalarına və hərbi aerodromlarına hücum etmək üçün belə silahlara ehtiyacı var. Zelenskinin sözlərinə görə, Kiyev belə bir icazə gözləyərkən, Rusiya, hərbi təyyarələrini daha uzun məsafəyə geri çəkib.

“İndi Rusiya təyyarələrini 100 km, 150 km, 300-dən 500-ə qədər olan məsafələrə geri çəkməyə başlayıb. Buna görə də bizə daha çox məsafəyə zərbə icazəsi lazımdır”, deyə Ukrayna prezidenti vurğulayıb.

Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
poliqon.info

10Mənbələr