RU

Baş Prokurorluq MƏLUMAT YAYDI: Sentyabrın 30-da...

Gənc hüquqşünasların müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbulu istiqamətində görülən tədbirlər davam etdirilir.

 

Baş Prokurorludan Sfera.az-a verilən məlumata görə, prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə 15.04.2024-cü il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu 30.09.2024-cü il tarixdə saat 18:00-da başa çatdırılacaqdır.

 

Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğun //hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə müraciət edib qeydiyyatdan keçərək müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.

 

Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı və tələb olunan sənədlərin siyahısını (//genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkinə daxil olaraq əldə edə bilər. 

 

Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında veriləcəkdir.

 

Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
8
sfera.az

10Источники