RU

Qırmızı şərabın faydaları və zərərləri

Bir stəkan qırmızı şərabın ürəyin işinə faydalı təsir göstərdiyinə dair bir inanc var.

Ucnoqta.az xəbər verir ki, kKardioloq Yuliya Marşintsevanın sözlərinə görə, bu inancın əsası var.
Ümumiyyətlə qəbul edilir ki, bir stəkan qırmızı şərab ürəyin fəaliyyətinə faydalı təsir göstərir. Kardioloq Yuliya Marşintsevanın sözlərinə görə, bu inam qismən doğrudur.
 "Qırmızı şərab antioksidan xüsusiyyətlərinə görə ürək üçün faydalıdır, yəni miokardın oksigenə ehtiyacı azalır", - həkim RİA Novostiyə deyib.

Mütəxəssis bildirir kİ, qırmızı şərabda daha çox antioksidan var, ona görə də faydalarından danışsaq, ağ şərabdan daha sağlamdır.
Ancaq eyni zamanda, 100-200 ml şərab nəzərəçarpacaq fayda gətirməyəcək və ondan daha böyük bir doza zərərli hesab olunur. Ona görə də gündəlik içilən bir qədəh şərabın bütövlükdə orqanizmə zərər vermədən ürəyə fayda verəcəyinə inanmaq səhvdir, deyə həkim vurğulayıb.
 

Избранный
133
ucnoqta.az

1Источники