RU

Livandakı hadisənin arxasında İsrail dayanır - İran XİN

“Ötən gün Livandakı terror əməliyyatı sionist rejim və onların muzdlu agentlərinin birgə əməliyyatlarının davamı olaraq həyata keçirilib”.

Misisya.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

Onun sözlərinə görə, bu, bütün əxlaqi və bəşəri prinsiplərə, beynəlxalq hüquqa, xüsusən də beynəlxalq humanitar hüquqa ziddir.

“Əslində, bu terror aktı bir daha açıq şəkildə sübut edir ki, sionist rejim Fələstin xalqına qarşı hərbi cinayətlər və soyqırım törətməklə yanaşı, regional və beynəlxalq sülh və təhlükəsizliyi ciddi təhlükə altında qoyub. Buna uyğun olaraq, rejimin terror hərəkətləri və ondan irəli gələn təhdidlərlə qarşı-qarşıya qalması aşkar bir zərurətdir”, - deyə siyasətçi vurğulayıb.

Kənani qeyd edib ki, beynəlxalq ictimaiyyət sionist cinayətkar məmurların cəzasız qalması ilə mübarizə üçün dərhal hərəkətə keçməlidir.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
115
15
missiya.az

10Источники