RU

Səfir: "Yaponiya Naxçıvanda da yaşıl enerji zonasının qurulması planı üzərində işləyir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Yaponiyanın TEPSCO şirkəti Naxçıvanda da yaşıl enerji zonasının qurulması planı üzərində işləyir".
Bunu Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe "Report"a açıqlamasında deyib.
"Bildiyimə görə, zəngin bərpaolunan enerji resurslarının və Yaponiyanın enerjiyə qənaət texnologiyalarının tətbiq ediləcəyi plan hazırlanmaqdadır.
Yaponiya tərəfi mümkün qədər tez bir zamanda "dekarbonizasiya olunmuş cəmiyyət"in həyata keçirilməsi üçün müxtəlif fəaliyyətləri davam etdirmək niyyətindədir.
İki ölkə arasında ekoloji sahədə əməkdaşlığı nümayiş etdirən konkret təşəbbüs kimi 2022-ci ilin sentyabrında Yaponiya və Azərbaycan hökumətləri arasında Birgə Kredit Mexanizminin (JCM) yaradılması haqqında razılıq əldə olunub və əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bundan sonra Birgə Kredit Mexanizminin təkcə Azərbaycanda qaz emissiyalarının azaldılmasına yönəlmiş tədbirlərin genişlənməsinə deyil, həmçinin Yaponiya şirkətləri tərəfindən "yaşıl" sahədə layihələrin həyata keçirilməsi, investisiya qoyuluşu kimi iki ölkə arasındakı iqtisadi əməkdaşlığın daha da artmasına gətirib çıxaracağına ümid edilir", - deyə səfir bildirib.
Избранный
273
50
oxu.az

10Источники