"Telegram"ın yaradıcısı Pavel Durovla keçmiş xanımı İrina Bolqar arasında sular durulmaq bilmir.
Publika.az xəbər verir ki, İrina Bolqar ondan "Telegram"ın səhmlərinin yarısını tələb edir.
O, bu barədə özünün rəsmi "Instagram" hesabında məlumat paylaşıb. İrina tətbiqin keçmiş əri ilə ortaq əmlakları olduğu iddiası ilə məhkəməyə müraciət etdiyini yazıb.
“Bütün ürəyimlə inanırdım ki, nikahımızın rəsmi olamamasına baxmayaraq, övladlarımla həmişə ailə resurslarına çıxışımız olacaq”, - deyə İrina qeyd edib.