RU

Bir ailənin 3 üzvünü qətlə yetirməkdə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edildi

Abşeron rayonunda əmisi, əmisinin arvadı və əmisi qızını balta ilə öldürməkdə, bir nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Sərxan Həşimova hökm oxunub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Sərxan Həşimov ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki dövlət ittihamçısı Orxan Rüstəmov da məhkəmədən təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, ötən il iyulun 3-də 1974-cü il təvəllüdlü S.Həşimovun Abşeron rayonu, Digah qəsəbəsi, Q.Qarayev küçəsi ərazisində qisas niyyəti ilə əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Həşimova və əmisi qızı Xəyalə Kərimovaya balta ilə çoxsaylı xəsarətlər yetirməklə onları xüsusi amansızlıqda qəsdən öldürməsi, daha sonra Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Ələsgər Hüseynova həmin balta ilə çoxsaylı xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında S.Həşimova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.2, 29,120.2.4 və 29,120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs bundan öncə 3 dəfə məhkumluq həyatı yaşayıb. 2 məhkumluğu ödənilib. 3-cü məhkumluğu isə C.M -nin 177.2.4-cü maddəsi ilə olub. Saxlanılan zaman üzərində məhkumluğu olub.

Избранный
32
7
e-huquq.az

7Источники