RU

Antiterror əməliyyatı ilə separatçıların fəaliyyətinə son qoyuldu- ÖZƏL

"Dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağın erməni icması bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldu. Görüşdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilib". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib: "Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılıb. 2023-cü ilin sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzalayıb. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusunun silahlı birləşmələri tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs olundu və ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalandırıldı".

Alim Hüseynov
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
35
olaylar.az

1Источники