RU

Natiq Mehdinin bədəni hissələrə bölünərək basdırılmış

Müsavat Partiyasının fəalı, Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə mühafizəçi kimi çalışan Natiq Mehdini qətlə yetirməkdə təqsirləndirilən həmin məktəbin təsərrüfat işləri üzrə direktor müavin Elsəvər İslamovun cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.

News24.az E-huquq.az-a istinadla bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə vəkil Nemət Kərimlinin hüquqi varisin nümayəndəsi qismində işə buraxılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, zərərçəkən Natiq Mehdinin bacısı Yeganə Mehdi ibtidai istintaq vaxtında hüquqi varis qismində tanınıb. Araşdırma zamanı məlum olub ki, Yeganə Mehdinin ikili vətəndaşlığı var. Belə ki, o, Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı, həmçinin Belçika Krallığının nümayəndəsidir.

Sonra dövlət ittihamçısı Ziya Mansurov ittiham aktını elan edib.

Məlum olub ki, Elsevər İslamov Natiq Mehdinin iş yerində yatmağını ona irad bildirib. Ancaq Natiq Mehdi burada hər hansı qəbahətin olmadığını bildirib. Bundan sonra Elsevər İslamov Natiq Mehdini xüsusi amansızlıqla öldürmüş, onun bədənindən alt paltarlarını çıxardaraq bədənini hissələrə bölmüş, cinsiyyət orqanını kəsərək zibil yeşiyinə atmışdı. Hissələrə böldüyü bədən üzvlərini selofanlara doldurararq aparıb Xəzər rayonunda basdırıb.

Hakimin cinayət hadisəsində özünüzü təqsirli bilirsiz sualına, təqsirləndirilən şəxs Elsevər İslamov "qismən təqsirli bilirəm"- deyə cavab verib.

Məhkəmə prosesi 3 oktyabr tarixinə kimi təxirə salınıb.

Qeyd edək ki, bu il may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub. 14 mayda isə Natiq Mehdinin öz iş yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayılıb. Baş Prokurorluq və DİN-in birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində öldürməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Elsevər Eldar oğlu İslamov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.

Natiq Mehdi isə Müsavat partiyasının fəallarından olub.

Elsevər İslamova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 245-ci (meyit üzərində təhqiredici hərəkət) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.


Избранный
62
7
news24.az

10Источники