NEFT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,12% artaraq 1 barelə görə 73,74 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,17% artaraq 1 barelə görə 70 ABŞ dolları olub.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.60% və ya 1.23 ABŞ dolları artaraq 78.20 ABŞ dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,09% artaraq 2,294 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il sentyabrın 20-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il sentyabrın 20-də Avro 1.8981 manata kimi bahalaşıb.
LİRƏ
2024-cü il sentyabrın 20-də Türkiyə lirəsi 0.0499 manat təşkil edib.
RUBL
2024-cü il sentyabrın 20-də Rusiya rublu 0.0185 manata kimi bahalaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,13% artaraq 2 618 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,33% azalaraq 31.32 ABŞ dollarına bərabər olub.