Bərdədə arı sancması nəticəsində bir nəfər dünyasını dəyişib.
"Report"un verdiyi xəbərə görə, hadisə Bərdə rayonunun Nazırlı kəndində qeydə alınıb.
Kənd sakini 1976-cı il təvəllüdlü Rüfət Çıraq oğlu Tağıyevi arı sancıb. Bundan sonra onun vəziyyəti pisləşib.
O, xəstəxanaya aparılarkən yolda ölüb.