Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov federasiyanın mətbuat xidmətinə açıqlama verib.
O, Çexiyaya 2:6 hesabı ilə uduzduqları yoxlama oyunu barədə danışıb:
"Dünənki oyunda standart vəziyyətlərdən qol buraxmamışdıq. Amma bu gün rəqib belə vəziyyətdən 4 qol vurdu. Bu da futzalda önəmli məqamdır. Hesabı erkən açsaq da, üstünlüyümüzü qoruya bilmədik. Fasiləyə bərabərliklə yollandıq. Meydan sahibi komanda dərhal qol vurdu. Sonrakı dəqiqələrdə hər şey çətinləşdi. “5-in” “4-ə” oynamaq istədik, bunun üzərində çox işləmədiyimizə görə, istədiyimiz kimi alınmadı. Yaxşı məqam o oldu ki, həmin dəqiqələrdə qol buraxmadıq. Ola bilsin, yorğunluq da sözünü desin. Çünki 7-8 futzalçı ilə oynadıq”.
O, komanda üzvlərinin sona qədər mübarizə apardıqlarını vurğulayıb: “Təkbətək mübarizələri uduzmadıq. Hardasa ustalıq səviyyəsində geri qalırıq. Bunlara baxmayaraq, hesabın oyuna görə olduğunu deməzdim. Bizim də ikinci hissədə 2-3 qol epizodumuz oldu, amma istifadə edə bilmədik. Yoldaşlıq oyunlarının da faydası çatışmazlıqları ortaya çıxarmaqdır”.
Azər Bağırov: “Əlimizdə olan futbolçular bunlardır“
Ayxan Abbasov: “Bundan sonra daha çətin olacaq”
Premyer Liqa: "Kəpəz”dən I Liqa yolunda daha bir əmin addım - YENİLƏNİB
Dmitri Polyaruş Bakıda seminar keçirib
AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edib