RU

Kreditlərinizi MilliÖn-dən ödəməyin- 1 faiz tutulacaq..

Image

Son günlər sosial şəbəkədə "MilliÖn", "E-manat" terminalları ilə edilən kredit ödənişinə görə komissiya haqqının tutulması müzakirələrə səbəb olub. Bildirilir ki, "MilliÖn", "E-manat" kimi aparatlar sentyabr ayından ödədiyiniz kreditlərdən bir faiz xidmət haqqı tutur. 

Məsələn, 2000 manat kredit ödənilirsə, 20 manatını "MilliÖn" avtomatik çıxır və bu, qəbzdə göstərilmir. Belə olan halda vətəndaşın əskik pul ödədiyindəm xəbəri olmur və onun adı gecikməyə düşür. Bu məsələ ictimaiyyət arasında narazılığa səbəb olub. 

“MilliÖn”: “Ödəniş zamanı məbləği daxil etməmişdən öncə monitorun üzərində komissiyanın çıxılacağı barədə məlumat yazılır” 

Məsələ ilə bağlı "MilliÖn"-dən “Bakı-Xəbər”ə bildirildi ki, hər bir komissiya bank tərəfindən təyin olunur. Ödəniş zamanı məbləği daxil etməmişdən öncə monitorun üzərində komissiyanın çıxılacağı barədə məlumat yazılır: “Ola bilər ki, müştəri buna diqqət yetirmədən ödəniş edir. Məlumat üçün deyim ki, “MilliÖn" tərəfindən komissiya tətbiq edilmir”.

Kamran Məmmədli: “Bəzi vətəndaşlar yalnız məbləği ödəyib, kommersiya faizi ödəmədiyi üçün gecikməyə düşür və onlara əlavə faiz hesablanır”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu qərar yeni deyil: “Vətəndaşlar "MilliÖn", "E-manat" terminalları ilə kredit ödənişi ödəyən zaman ondan 1 faiz məbləğində pul çıxır. Bu pulu adıçəkilən terminallar deyil, banklar çıxır. Təəssüf ki, bəzi vətəndaşlar yalnız məbləği ödəyib, kommersiya faizi ödəmədiyi üçün o şəxslər gecikməyə düşür və onlara əlavə faiz hesablanır. Vətəndaşlar krediti ödənişi zamanı diqqətli olarsa terminalın birinci səhifəsində bu haqda məlumata rast gələrlər. Həmin səhfədə bank komissiyasının məbləği açıq şəkildə göstərilir. Komissiya məbləği banklar tərəfindən tutulur”.

Həmsöhbətimiz hesab edir ki, bankların kredit ödənişinə görə əlavə komissiya haqqı tutması düzgün deyil: “Onsuz da banklar kreditdən öz faizini, gəlirini əldə edir. Kredit borc vəsaitidir. Borc vaxtında ödənilmədikdə cərimə ödənilir, vaxtında ödənildiyi halda nəyə görə rüsum tutulmalıdır ki? 1faizlik komissiya haqqı tətbiq edilməsə daha yaxşı olardı”.

Günel CƏLİLOVA





Избранный
18
baki-xeber.com

1Источники