RU

Dövlət qurumu 1,2 milyon manata 210 ədəd işıqlandırıcı dirək aldı

"Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsi işıqlandırıcı dirəklərin satınalınması ilə bağlı açıq tenderi yekunlaşdırıb.

FED.az xəbər verir ki, qalib "Meqaplus" Firması olub.

Həmin şitkətə 210 ədəd dirək üçün ümumilikdə 1 milyon 181 min 652 manat ödəniləcək. Qeyd edək ki, müsabiqənin şərtində ehtimal olunan qiymət 1 milyon 365 min 24 manatdır.

Alınması nəzərdə tutulan dirəklərin siyahısı isə belədir:

BaşlıqAçıqlamaMiqdarÖlçü vahidiKod
1

İşıqlandırıcı dirək 1

Dirək 1 ədəd gövdə, 4 ədəd bəzək hissələrindən və 2 ədəd çıraqdan ibarətdir.Gövdə hissəsi qara metal, bəzək hissələri isə tökmə alüminiumdur.Dirəyin üst hissəsinə yerləşdirilən bəzəkdə 2 ədəd çırağı bərkidilmə yeri mövcuddur.Çıraqlar şar tiplidir və dirəyin ümumi hündürlüyü 11 metrdir.

90

ədəd

39111609
2

İşıqlandırıcı dirək 2

Dirək 3 hissədən ibarəttir. 1.Gövdə hissəsi: Konus formalıdır və 12 metr hündürlüyə malikdir.Aşağı hissəsinin diametri 32sm, yuxarı hissəsi diametri 5 sm-dir. 2.Qol hissəsi: Uzunluğu 60 sm, diametri 6 sm-dir. 3.Çıraq

60

ədəd

39111609
3

İşıqlandırıcı dirək 3

Dirək 3 hissədən ibarəttir. 1.Gövdə hissəsi: Konus formalıdır və 14 metr hündürlüyə malikdir. Aşağı hissəsinin diametri 32sm, yuxarı hissəsi diametri 5 sm-dir. 2.Qol hissəsi: Uzunluğu 60 sm, diametri 6 sm-dir. 3.Çıraq

40

ədəd

39111609
4

İşıqlandırıcı dirək 4

Dirək 3 hissədən ibarəttir. 1.Gövdə hissəsi: Konus formalıdır və 7 metr hündürlüyə malikdir. Aşağı hissəsinin diametri 32sm, yuxarı hissəsi diametri 5 sm-dir. 2.Qol hissəsi: Uzunluğu 40 sm, diametri 6 sm-dir. 3.Çıraq

20

ədəd

39111609
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
fed.az

1Источники