RU

Həbs olunan məmurun yeni cinayət əməlləri ortaya çıxdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Həbsdə olan Lənkəranın sabiq baş memarı barəsində daha bir cinayət işi başlanılıb.
"Report" xəbər verir ki, rüşvət almaqda təqsirləndirilərək məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum olunan Elgün Abdullayevin yeni cinayət əməlləri ortaya çıxıb.
Belə ki, Elgün Abdullayevin vətəndaşlara qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırdığı və həmin ərazilərdə tikintiyə qanunsuz icazə verdiyi məlum olub.
Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 314-2.1-ci (Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə) maddəsi ilə ittiham verilib.
Onun barəsində cinayət işinin istintaqı başa çatdırılıb və baxılması üçün Lənkəran Şəhər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Muradağa Qasımovun icraatına verilib.
Qeyd edək ki, Elgün Abdullayev 2022-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Onun vətəndaşlardan külli miqdarda rüşvət aldığı məlum olub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgün Abdullayev 8 il azadlıqdan məhrum edilib.
Избранный
88
50
oxu.az

10Источники