Bərdədə arı sancması ölümə səbəb olub.
Gundem.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Bərdə rayonu Nazırlı kəndində qeydə alınıb.
Kənd sakini 1976-cı il təvəllüdlü Tağıyev Rüfət Çıraq oğlunu arı sancıb. Bundan sonra onun vəziyyəti pisləşib. O, xəstəxanaya aparılarkən yolda ölüb.