RU

Dollarla bağlı MÜƏMMA – Vətəndaşlar arasında yayılan ajiotaj nə ilə bağlıdır?

Son günlər maliyyə bazarında bir ajiotaj var. “Qara bazar”da dollar bir neçə qəpik bahalaşıb. Bəzi bankların da dollar satmağa maraq göstərmədiyi bildirilir. Halbuki, birjada dollara tələbat əvvəlki qaydada qalır.Bəs, ajiotaja səbəb nədir?Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, maliyyə bazarında hər hansı bir problem yoxdur:“Çünki Mərkəzi Bank və hökumət istənilən ajiotajın qarşısını almaq iqtidarındadır. Məsələn, hərracda satılan dolların həcmini artıran kimi ajiotaj da bitər. Bu ajiotaj sadəcə kommunikasiyanın zəifliyindən irəli gəlir. Digər səbəbsə bankların işinə müdaxilələrin olmamasıdır. Halbuki, Mərkəzi Bank dolayısı ilə bankaları işinə müdaxilə edə bilər. Söhbət təbii ki, dollar satışına müdaxilədən gedir. Bu cür müdaxilə də həm cəmiyyət, həm də iqtisadiyyat üçün vacibdir. Belə bir müdaxilə olacağı təqdirdə, bütün ajiotaj aradan qalxacaq”.

Избранный
40
2
dia-az.info

3Источники