RU

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

"Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatdan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən altı avtomat silahı, iki tüfəng, iki qumbara, üç süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursat, Xocavənd rayonu ərazisindən bir pulemyot, 29 qumbara, iki süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1 776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən isə bir avtomat silahı, bir tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1 650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb", - deyə məlumatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
49
seher.media

10Источники