RU

Türkmənlər koloniyada qiyam ediblər - 400 nəfərlə toqquşma

Sentyabrın 20-də axşam Qazaxıstanın cənubundakı Türküstan bölgəsindəki koloniyada 400 məhbus iğtişaş törədib.

Paralel.az Orda.kz-ya istinadən xəbər verir ki, iğtişaş bir neçə məhbusun narkotik yoxlanışından sonra cəza kamerasına salınmasından sonra başlayıb.

"Bu, məhkumlar arasında narazılıqlara səbəb oldu, kütləvi itaətsizliklə ifadə olundu, bəlkə də müfəttişlər sərt tədbirlər tətbiq etdilər", - deyə mənbələr bildirir.

Məhkumlar elektrik transformatorunu yandırıb.

Kütlənin dağıdılması zamanı bir neçə nəfər, o cümlədən iki hərbçi yaralanıb.

Ümumilikdə koloniyada 700-dən çox adam cəza çəkir.

Qazaxıstan Daxili İşlər Nazirliyi iğtişaşla bağlı məlumatı təsdiqləyib və vəziyyətin sabitləşdiyini qeyd edib.

Faktla bağlı cinayət işi başlanıb.

Избранный
6
4
paralel.az

5Источники