RU

Super Liqada derbi günü

Bu gün Türkiyə Super Liqasında mövsümün ilk derbisi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, lider “Qalatasaray” “Fənərbağça”nın qonağı olacaq. “Ülkər” stadionunda keçiriləcək oyuna saat 21:00-da start veriləcək.

“Fənərbağça” ilə “Qalatasaray” buna qədər 134 dəfə üz-üzə gəlib. Bu oyunların 53-də “Fənərbağça”, 37-də isə “Qalatasaray” qələbə qazanıb. 44 matçda isə qalib müəyyənləşməyib.

Komandalar arasındakı son 10 oyunda isə “Qalatasaray”ın üstünlüyü var. “Cim-bom”un 5, “bülbüllər”in isə 3 qələbəsi var.

“Qalatasaray” 5 turdan sonra maksimum nəticə ilə (15 xal) liderdir. “Fənərbağça” isə 13 xalla ikincidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
futbolpress.az

1Источники