RU

Həmin uşaq evi ilə bağlı açıqlama

Paytaxtın Xətai rayonunun Lütfi Zadə küçəsi, 18 ünvanında yerləşən 3 saylı uşaq evində azyaşlının döyülməsi iddiası ilə bağlı Sosial Xidmətlər Agentliyi (SXA) daha bir məlumat yayıb. 

Agentlikdən bildirilib ki, 3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən xüsusi nəzarətə götürülüb:

“Hazırda bununla bağlı araşdırma aparılır. Müəssisənin sakinlərinin mənafeyi əsas götürülərək lazımi işlər təmin olunacaq.
Məlumat üçün deyək ki, adıçəkilən müəssisə təxminən 1 aydır ki, hüquqi olaraq SXA-nın idarəetməsindədir. Sosial Xidmətlər Agentliyinin tabeliyində olan digər müəssisələrdə olduğu kimi bu müəssisədə də müasir sosial xidmət prinsiplərinin tətbiqi üçün lazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, orada qalan sakinlərin lazımi sosial xidmətlərlə təmini istiqamətində iş aparılır.

Mediada iddiası yayılan müəssisənin sakini Ramal Rəsulov isə özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq, artıq Agentliyin digər müəssisəsinə yerləşdirilib. Onun sosial psixoloji reabilitasiyası üçün lazımi iş aparılmaqdadır.

Əlavə məlumat veriləcək”.

Qeyd edək ki, 13 yaşlı yeniyetmə Ramal Rəsulovun 3 saylı uşaq evindən qaçaraq küçələrdə yaşadığı haqda məlumatlar yayılıb. “Səni axtarıram” verilişinə çıxan Ramal iddia edirdi ki, həmin müəssisədə uşaqları kamera olmayan yerlərdə - dəhlizdə və tualetdə döyürlər, təhqir edirlər. Xüsusən bunu uşaq evindəki digər uşaqlara tapşırırlar. 

Избранный
40
23
buta.media

10Источники