RU

“Neftçi”nin antirekordu

“Neftçi” tarixinin antirekorduna imza atıb.

Futbolpress.az xəbər verir ki, Bakı klubu Azərbaycan çempionatlarında startda ən uzun qələbəsiz seriyasını rəsmiləşdirib.

Bu, Azərbaycan Premyer Liqasının cari mövsümündə gerçəkləşib. VII turda “Qarabağ”a 0:4 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri startdakı yeddi oyunda qələbə qazanmayıb.

“Ağ-qaralar”ın bunadək mövsümün əvvəlindəki ən uzun qələbəsiz seriyası 2017/18 mövsümünə təsadüf edib. Həmin vaxt ardıcıl 6 start oyununda qalib gəlməyən paytaxt təmsilçisi seriyasını 7-ci cəhddə qırıb.

Qeyd edək ki, “Neftçi” 7 turdan sonra 4 xal toplayıb

Избранный
16
29
futbolpress.az

10Источники