RU

“Kəpəz” uğursuz seriya ilə Azərbaycan çempionatlarının tarixinə düşüb

“Kəpəz”

Bakı, 21 sentyabr, AZƏRTAC

“Kəpəz” Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümünə 7 məğlubiyyətlə başlayıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, son 20 ildə ilk belə hadisədir.

Startda ardıcıl 7 məğlubiyyət alan sonuncu komanda “Şəfa” idi. Bakı klubu 2004/2005 mövsümündə bu qədər görüşdə xal qazanmayıb.

Azərbaycan çempionatları tarixində ümumilikdə 6-cı dəfə bir komanda mövsümün ilk 7 oyununu xalsız başa vurub. “Şəfa” və “Kəpəz”dən əvvəl Kürdəmir “Şirvan”ı 1992, Sumqayıt “Xəzər”i 1994/1995, “Şəmkir” 1996/1997, Quba “Şahdağ”ı 2000/2001-ci illər mövsümümdə belə uğursuzluq yaşayıb.

Qeyd edək ki, “Kəpəz” yeddinci məğlubiyyətini “Şamaxı” ilə matçda alıb – 0:2.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
12
azertag.az

10Источники