RU

İsrail ordusu “Hizbullah”ın Livandakı 290 hədəfinə zərbələr endirib

İsrailin Hərbi Hava Qüvvələri Livanda radikal “Hizbullah” hərəkatının infrastrukturuna yeni kütləvi zərbələr dalğasını başa çatdırıb.

"Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, gün ərzində ümumilikdə təxminən 290 hədəf, o cümlədən minlərlə raket buraxılışı qurğusu vurulub.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
far.az

1Источники