RU

“Sabah” qəzeti: Azərbaycan BRICS-in Qərbə “pəncərəsi” ola bilər

Azərbaycanın BRICS-ə qoşulmaq üçün müraciət etmək qərarı rəsmi Bakının kursunun dəyişməsinin göstəricisi deyil. Bu məsələdə Azərbaycan hakimiyyətinin mövqeyi respublikanın xarici siyasətinin ənənəvi balanslaşdırılmış vektoru prizmasından nəzərdən keçirilməlidir”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşrində dərc olunan “Azərbaycanın BRICS-ə ərizəsi” adlı analitik məqalədə deyilir.

Nəşrin müəllifi Mehmet Yüce Azərbaycanın xarici siyasətinin əsaslarının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirildiyinə oxucuların diqqətini cəlb edir.

“Xarici siyasətdə tarazlıq, Azərbaycanın regionda çəkisini artıraraq və bir çox problemlərin həllinə töhfə verərək, artıq müsbət nəticələrə gətirib çıxarıb. Azərbaycan torpaqlarının işğalı dövründə Qərbin qərəzli ermənipərəst siyasətindən fərqli olaraq, rəsmi Bakı balanslaşdırılmış kursu rəhbər tutaraq bir çox dövlətləri, o cümlədən Qoşulmama Hərəkatına üzv olan ölkələri öz tərəfinə çəkə bilib”, - deyə nəşrdə deyilir.

Müəllif qeyd edir ki, Bakının BRICS-ə qoşulmaqla bağlı qərarı heç də emosional amillərlə diktə olunmayıb: “Burada siyasi iradənin yaxşı düşünülmüş təzahürü var. Azərbaycan BRICS-də iştirakını respublikanın regionda təsirini artıracaq addım kimi qəbul edir”.

Bundan əlavə, Mehmet Yüce qeyd edib ki, BRICS-də iştirak Azərbaycanın regional əlaqələri üçün dividendlər vəd edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
4
publika.az

5Источники