Argentinanın San Luis əyalətində 6 bal gücündə zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 183 minə yaxın insanın yaşadığı San Luis şəhərindən 158 km şimal-qərbdə, 129 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.