RU

YENİ BƏLANIN ayaq səsləri eşidilir

Misirin cənubunda yerləşən Asvan əyalətində nadir rast gəlinən mədə-bağırsaq xəstəliyinin epidemiyası qeydə alınıb.

Publika.az xəbər verir ki, əyalətin qubernator İsmayıl Kamal bu qeyri-adi xəstəlikdən beş nəfərin öldüyünü bildirdi.

Qubernator, ölüm səviyyəsinin artmadığını, xəstəxanalarda xəstələrin vəziyyətinin stabil olaraq qaldığını vurğulayıb.

İ.Kamal həmçinin epidemiyanın Nil çayının sənaye tullantıları ilə çirklənməsi ilə əlaqəli ola biləcəyi ilə bağlı şayiələri də təkzib edib. O, əlavə edib ki, təmizləyici qurğuda mütəmadi olaraq sınaqlar aparılır, tullantı suları xlorla təmizlənir.

Избранный
125
50
publika.az

10Источники