RU

Ağstafada uşaqlar üçün futbol festivalı keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Ağstafa şəhər stadionunda 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.

Milli assosiasiyadan AZƏRTAC-a verilən məlumata görə, 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər. Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, mütəxəssisi Orxan Mikayıllı və Ağstafa UGİŞM-in direktoru Elşən Yusifov təqdim ediblər.

UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində növbəti belə tədbir Şəki şəhərində keçiriləcək.

 

Избранный
32
17
azertag.az

10Источники