RU

“Azexport” istehsalat müəssisəsinə səfər təşkil edir: meyvə quruları və çərəz istehsalı ilə tanışlıq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının dəstəyi və “MeetUp Networking Club”un təşkilatçılığı ilə “Company Visit” formatlı biznes görüşü təşkil olunacaq.

Fins.az xəbər verir ki, görüşdə meyvə quruları və çərəz istehsal edən müəssisə ilə tanışlıq həyata keçiriləcək. İstehsal prosesinin  meyvə qəbulundan hazır məhsulun çıxışına qədər olan bütün mərhələləri əyani göstəriləcək. Həmçinin yerli və xarici bazarlara çıxış üçün görülən işlər, növbəti illər üzrə hədəflər barədə təqdimatlar olacaq.

İİTKM-in “GreenTalk” layihəsi çərçivəsində keçirilən görüşdə əsas məqsəd qida məhsullarının istehsalı prosesində kimvəyi qatqılardan istifadəni azaltmaq, ekoloji cəhətdən təmiz, orqanizm üçün faydalı məmulatların təbliğini genişləndirməkdir. Bununla bağlı  qidalanma üzrə ekspert  Fərid Səfərov da iştirakçılara sağlam qida vərdişlərinin formalaşdırılması ilə bağlı  tövsiyələr verəcək. 

Tədbirdə elektron və ənənəvi ixrac əməliyyatları üzrə “azexport.az”ın sahibkarlara yaratdığı imkanlar barədə isə portalın rəhbəri Ayxan Qədəşov təqdimatla çıxış edəcək.

Tədbirdə fərqli sektorlardan olan biznes nümayəndələrinin şəxsi və biznes əlaqələrini genişləndirmə imkanı üçün B2B görüşlər təşkil olunacaq, hədiyyəli yarışlar keçiriləcək.

Qeyd edək ki, tədbirdə iştirak ödənişsizdir.

Tarix: 28 sentyabr 2024-cü il / Saat 11:00-15:00

Nəqliyyat və digər təşkilati məsələlərlə bağlı qeydiyyatdan keçmiş şəxslərə ətraflı məlumat veriləcək.

İştirak üçün qeydiyyat linki:

//docs.google.com/forms/d/e/1FAIpQLScB3V0z0ao2nOPa58hsf-SWr6WboNf10fMZIefSO-uI0a0VXg/viewform

Zemfira Ms
Fins.az

 

Избранный
73
24
fins.az

10Источники