RU

Əli Əsədov Erol Özvarla görüşdü - FOTO

Azərbaycanla Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovla Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarla görüşdə məlumat verilib.
 
Bildirilib ki, tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluğu ifadə edib. Təhsil sahəsində əlaqələrin dinamikası xüsusi vurğulanaraq, iki ölkənin ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri arasında uzunmüddətli səmərəli əməkdaşlığın nəticələri təqdir edilib.
 
Türkiyə-Azərbaycan Universitetinin yaradılmasının əhəmiyyəti qeyd edilib, layihədə iştirak edən universitetlərin iki ölkənin aparıcı ali təhsil müəssisələri olduğu xüsusi vurğulanıb.
 
Qeyd edilib ki, görüşdə Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı cari məsələlər, həmçinin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, həmçinin Türkiyənin aparıcı ali təhsil müəssisələrinin rektorları və Azərbaycan Texniki Universitetinin rektoru görüşdə iştirak ediblər.

Избранный
43
50
moderator.az

10Источники