"Lombarda olan borcunu ödədikdən sonra girov qoyduğumuz qızılları geri ala bilmirik. Maddi problemlərlə üzləşəndə bu addımı atdıq. Onu da 3 qat aşağı qiymətinə götürdülər. Qısa müddətdə borcu ödədik. Dedilər ki, pulu verin, 1 həftəyə qızılları qaytaracağıq. Amma üstündən aylar keçdi. Hazırda məhkəmə gedir. Müəyyən səbəblərdən məhkəməyə də gedə bilmədim. Çəkiliş zamanı xəsarət almışdım, həkimdə idim. Lombardda zinət əşyalarımızı mənimsəyən Xəyal Abdullayevdir. Qızılları alıb və qaytarmır. Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdim və qısa müddətdə onu tapdılar. Yasamal Rayon Məhkəməsindən xahiş edirəm ki, işə ədalətli baxılsın".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта