Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, Qaradağ rayonundakı "Sahil QTM"də aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 26.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Qaradağ rayonu, Sahil qəsəbəsindəki istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.