Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına əsasən 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Editor.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət ediblər.
Onlar xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.