RU

Trans-Xəzər magistralının yaradılması böyük potensiala malikdir - Mirziyoyev

Trans-Xəzər fiber-optik kabel xəttinin (Trans-Xəzər magistralı) yaradılması böyük potensiala malikdir.

Olaylar xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Səmərqənd şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) İdarə Heyətinin illik toplantısında deyib.

"Qonşu ölkələr də bərpa olunan enerji sahəsində iri layihələrə başlayıblar. Gələcək illərdə Mərkəzi Asiya, zəngin bərpa olunan enerji resursları ilə, dünya enerji bazarlarında "yaşıl" enerjinin böyük ixracatçısı olacaq. Bu kontekstdə Trans-Xəzər magistralını xüsusi olaraq vurğulamaq istəyirəm, çünki bu, böyük potensiala malikdir", - dövlət rəhbəri bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə ölkədə 18 gigavat gücündə günəş və külək enerjisi, 3 gigavat hidroelektrik stansiyalar, 5 gigavat akkumulyator gücləri və 5 milyard ABŞ dolları dəyərində elektrik şəbəkələri istifadəyə veriləcək.

Bu layihələr vasitəsilə biz böyük chr("39")yaşılchr("39") məlumat mərkəzləri yaratmağı da planlaşdırırıq. Mən hesab edirəm ki, bu, bütün beynəlxalq maliyyə təşkilatları üçün cəlbedici bir layihə olacaq.

"Bundan əlavə, bərpa olunan enerji mənbələri əsasında illik 100 milyon dollar dəyərində "yaşıl" sertifikatlar bazarı yaradılacaq və mən inanıram ki, bu, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq üçün yeni perspektivli bir istiqamət olacaq", - Şavkat Mirziyoyev əlavə edib.

Qeyd edək ki, mayın 1-də Qazaxıstan, Azərbaycan və Özbəkistan Energetika nazirliklərinin rəhbərləri Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində respublikaların enerji sistemlərinin sistemlərarası birləşdirilməsi üzrə Anlaşma Memorandumu imzalayıblar.

İmzalanmış Memorandumun məqsədi Qazaxıstan, Azərbaycan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi layihəsinin həyata keçirilməsi çərçivəsində əməkdaşlığın əsas şərtlərini müəyyən etməkdir.

Sənəd iştirakçıların enerji sistemlərinin birləşdirilməsi imkanlarını araşdırmağı nəzərdə tutur, bu da Xəzər dənizinin dibi boyunca yüksək gərginlikli kabel çəkilişi və digər ölkələr üzərindən "yaşıl" enerjinin ticarətini ən optimal texniki və iqtisadi şəraitdə həyata keçirməyə imkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
2
1
olaylar.az

2Источники