RU

"Arsenal"ın futbolçusu baş məşqçi tərəfindən maraqlı cəzaya məruz qalıb

İngiltərənin "Arsenal" klubunun futbolçusu Leandro Trossar baş məşqçi Mikel Arteta tərəfindən maraqlı cəzaya məruz qalıb.

"Far.Az" xəbər verir ki, vinger ötən həftə Premyer Liqanın V turu çərçivəsində "Mançester Siti" ilə matçda qırmızı vərəqə alaraq meydandan qovulub.

Sözügedən matçda komandasını azlıqda qoyan belçikalı oyunçu baş məşqçi Mikel Artetanın istəyi ilə içki qutularını daşıyıb.

Qeyd edək ki, "Mançester Siti" - "Arsenal" görüşü 2:2 hesabı ilə başa çatıb.

Избранный
46
2
far.az

3Источники