Bakı, 28 sentyabr, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayevin sentyabrın 30-da Balakən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə növbəti günlərdə nazirliyin informasiya resurslarında əlavə məlumat veriləcək.